вторник, 20 августа 2019 г.

Üç dini özündə birləşdirən kompleks – Müqəddəs Yekaterina monastırı (Misir)


Misirin turistik və görməli yerləri haqqında danışarkən ağıla ilk olaraq piramidalar və Şarm Əl-Şeyx kurort bölgəsi gəlir. Siz hətta dənizkənarı istirahətə üstünlük verib, Qırmızı dənizin sahilində təmiz hava qəbul etməyi, gözəl mərcanları, rəngarəng balıqları görmək üçün sualtı üzgüçülüyə, sərin dəniz sularında üzməyə üstünlük versəniz də, üç dinin kompleksi sayılan unikal bir yerə getmək üçün bir gün vaxt ayırmalısınız. 




Bloqa abunə qaydaları

Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın.


Monastır haqqında:


Üç dinin kompleksi Sinayın cənubunda yerləşən Müqəddəs Yekaterina adlanan monastırdır.  Üç əsas dünyəvi din – İudaizm, Xristianlıq, İslam – kiçik bir kompleksdə bir-birinə qovuşub. İudaizmdən burada Musa Peyğəmbərin dağı, Musa Peyğəmbərin su quyusu, xristianlıqdan monastırın özü və kilsə, İslamdan məscid var.

Gündəlik olaraq yüzlərlə turistin ziyarət etdiyi monastırın tarixi IV əsrdən başlayır. Sonradan VI əsrdə imperator Yustinianın əmri ilə monastırın qoruyucu divarları tikilib. Romalılar binanı zəlzələdən qorumaq üçün mərtəbələr arasında taxta-şalban quraşdırırdılar. XVIII əsrdə isə Napoleon Misiri ələ keçirdikdən sonra o, binaya bir mərtəbə də əlavə edib. Həmin mərtəbə zəlzələdən qorunma taxta-şalbanının olmaması ilə fərqlənir.

Monastıra Müqəddəs Yekaterina adı XI əsrdə xristian əzabkeşi Yekateina Aleksandriyskayanın şərəfinə verilib.  

İslam yarandıqdan sonra monastır Məhəmməd Peyğəmbərin sayəsində salamat qalıb. Məhəmməd Peyğəmbər onun yanına gəlmiş monastırın nümayəndələrinə təhlükəsizlik sənədi verib. Sənədə əsasən, müsəlmanlar monastırı qorumalı idilər. Bundan başqa sənəd monastırı vergilərdən də azad edib. Təhlükəsizlik sənədi ceyran dərisinin üzərində yazılıb və Məhəmməd Peyğəmbərin əlinin izi ilə möhürlənib. Sənədin originalı Osmanlı sultanı Birinci Səlimin göstərişi ilə İstanbula gətirilib və hazırda orada saxlanılır. Monastırın özün də isə sənədin surətini görmək olar.

Ümumilikdə  monaxlar həddən artıq özünütəcrid şəraitində yaşayıblar. Bizi müşaiyyət edən gidin sözlərinə görə, belə həyat obrazına görə monaxların İkinci Dünya Müharibəsinin baş verməsindən belə xəbərləri olmayıb.

Monastıra necə getmək olar: 


Monastıra turları həftənin üç günü – bazar ertəsi, cümə axşamları və şənbə günləri təşkil edilir. Turları həm qaldığınız oteldən, həm də küçədə yerləşən turistik ofislərdən almaq olar.

Şarm Əl-Şeyxdən ora təxminən 3 saatlıq yol var. Gidlərin məsləhəti ilə biz yola çıxanda sənədlərimizi də götürdük, amma yolda onları heç kim yoxlamadı. Yol boyu çoxsaylı blokpostlar var idi və avtobus onlara yaxınlaşdıqca sürətini azaldırdı. Amma onların heç birində avtobusu saxlayıb, sənədləri yoxlamırdılar. Yalnız Müqəddəs Yekaterina adlanan şəhərin girişində sürücü hərbiçilərə hansısa sənədləri göstərdi.

Monastıra turlar iki cür olur – gecəni orda qalıb Musa Peyğəmbərin dağına çıxmaqla olan tur və səhər gəlib elə həmin gün geri qayıdan tur. Anlamadığımız səbəblərə görə avtonəqliyyat vasitələri monastırın ərazisini ya saat 12:00-a qədər, ya da 15:00-dan sonra tərk edə bilərlər. Bununla bağlı olaraq gid hamının ən uzağı 11:55-ə qədər avtobusun yanında olmağını xahiş etdi. Əks halda isti havada 3 saat gözləmək lazım gələcəkdi.

Monastıra gələn  zəvvarlara gümüş üzük verirlər. Şəhərin girişində olan mağazada isə ikona və ya digər suvenir alanlara gümüş üzüyün surətini hədiyyə edirlər. 


 Müqəddəs Yekaterina şəhərinin girəcəyi
 Monastıra gedən yol
 Monastırın girişi
 Məhəmməd Peyğəmbərin əl izi ilə möhürlənən təhlükəsizlik sənədinin surəti
 Musa Peyğəmbərin su quyusu
 Musa Peyğəmbərin dağı
 Müqəddəs Yekaterinanın dağı
 Monastır daxilində romalılar tərəfindən tikilən və son mərtəbəsi Napoleon tərəfindən əlavə edilən bina
 Monastır daxilində 300 il yaşı olan zeytun ağacı
 Turistlərə hədiyyə edilən üzük
 Parallel dayanan kilsə və məscid

 Yunan pravoslav kilsəsi





Комментариев нет:

Отправить комментарий