Lvov – üç muşketyorun izi ilə
Lvov şəhərinə səfərə hazırlaşarkən onun haqqında
çoxlu sayda yazıları oxudum və əksər yazılarda onu
kiçik Paris adlandırırlar. Bir çox şəhərlərin sakinləri öz yaşadıqları yerin
gözəlliyini və cəlbediciliyini xüsusi qeyd etmək üçün onu turistik brend olan
Fransanın paytaxtı ilə müqayisə edirlər. Lvovda da belədir. Amma, şəhərin özünü
gördükdə anlayırsan ki, nəqər gözəl olsa da, Lvovun Parisə oxşarlığı yoxdur.