среда, 25 сентября 2019 г.

Gərəkli məsləhətlər: Tanımadığınız şəhərdə əsas görməli yerləri qısa müddətdə necə gəzmək olar?


Hər hansı bir şəhərdə ilk dəfə olarkən təbii ki, hamı qısa müddətə çox şey görmək istəyir. Bəs çox güc sərf etmədən, vaxt itkisinə yol vermədən bir görməli yerdən digərinə necə getmək olar? 



Bloqa abunə qaydaları
Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın.  



Təcrübəli turistlər bilirlər, yeni başlayanlara isə öz təcrübəmin əsasında deyə bilərəm ki, bunun üçün bir çox şəhərlərdə işləyən və ümumi adı “Hop on-Hop off” olan ekskursiya avtobusundan yaxşı vasitə ola bilməz. Bu avtobuslar turistlər üçün əvəzolunmaz gidə çevriliblər.

Avtobusların iş prinsipi çox sadədir – siz bilet alırsız və gün ərzində məhdudiyyətsiz sayda həmin avtobusa minib-düşə bilərsiniz. Avtobusun dayanacaqları şəhərin ən görməli yerlərində olur. Siz hər bir dayanacaqda düşüb, gəzə bilərsiniz, sonra isə növbəti avtobusa minə bilərsiniz. Adətən turistik avrobuslar 15-20 dəqiqədən bir gəlirlər. Siz hansı dayanacaqda düşməyi seçməkdə azadsınız. Hər dəfə avtobusa minərkən sürücüyə biletinizi göstərməlisiniz.  

Avtobusda hər bir oturacaq audio-gidlə təmin edilib. Burada dünyanın 8-10 dilinə tərcümə var.  Avrobusa minərkən sürücü sizə qulaqcıq verir və siz özünüzə rahat olan dili seçib, şəhərin həmin an keçdiyiniz yeri haqqında məlumat ala bilərsiz.

Adətən bu avtobusların qiyməti 20-25 avro olur. Siz bir və ya bir neçə günlük bilet ala bilərsiniz. Bir neçə günlük biletin qiyməti azacıq baha olur. Biletləri avtobusun dayanacağında şirkətin nümayəndələrindən və ya internet vasitəsilə almaq olur. Bir çox otellərdə həmin avtobusa azacıq endirim hüququ verən bukletlər də olur.

Böyük şəhərlərdə “Hop on-Hop off”ların bir neçə xətti fəaliyyət göstərir. Onlar biri-birilərindən rənglərinə görə fərqlənirlər – qırmızı, sarı, yaşıl. Təcrübə göstərir ki, marşrutuna görə zəngin xətt Qırmızı olur. Ortasından çay keçən şəhərlərdə isə həmin avtobusa aldığınız biletlə gəzinti qayığına da minə bilərsiniz. Məsəl üçün, Budapeştdə “Hop on-Hop off” bileti ilə qayıqla Dunay çayında gəzintiyə çıxa bilərsiniz. 

Berlində qırmızı xəttə aldığınız biletlə şəhərin şərq tərəfinə gəzintiyə aparan xüsusi avtobusa da əlavə olaraq minmək olar. Bundan başqa daha bir əlavə kimi yaz-yay mövsümündə Postdam istiqamətində də getmək olar.

“Hop on-hop off” avtobusları sizə gücünüzü qənaət etməyə və şəhərin əsas görməli yerlərinə getməyə yardımçı olur. Ən əsası odur ki, belə bir avtobusdan istifadə edərkən, şəhərin ən görməli yerləri və ora necə getmək lazım olması barədə kimdənsə soruşmağa ehtiyac qalmır.  

Hər hansı bir şəhərə hətta cəmi 1-2 günlük gəlmisinizsə, “Hop on – Hop off” avtobuslarının köməyi ilə şəhəri elə görəcəksiniz ki, dostlarınız sizin bu şəhərdə bir həftədən çox qaldığınızı düşünəcəklər.

Комментариев нет:

Отправить комментарий