воскресенье, 21 июля 2019 г.

İki dənizin öpüşü (Rodos, Yunanıstan) – Foto


İki dənizin öpüşü (Rodos, Yunanıstan)

Rodos (Yunanıstanın adası) haqqında yeni bir söz demək çətindir. Bu ada yay tətili üçün ideal məkandır.  




Bloqa abunə qaydaları
 
Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın.  

Rodos, kiçik ərazidə məscid, kilsə və sinaqoqun birlikdə qərar tapa biləcəyi maraqlı və multikultural bir yerdir. 




Adada bir həftə və ya daha çox yaşayarkən onun gözəllikləri insan gözü üçün adiləşir. 






Rodosda çoxsaylı çimərlik var və onların hansında istirahət etmək artıq sizin öz seçiminizdir. 



 “Zorba adında yunan” filmində baş qəhrəmanın rolunu oynamış məşhur aktyor Entoni Kuinin adına olan çimərlik    



Hazırda baxımsız hala gəlmiş İtaliya diktatoru Benito Mussolinin yay rezidensiyası     


 
Kəpənəklər vadisi    

Yunan axşamı 

Amma mən “İki dənizin öpüşü” adlanan unikal bir yer haqqında danışmaq istəyirəm. Bu yer Rodosda şəhər mərkəzindən tam əks istiqamətdə adanın sonunda yerləşir. Şəhər mərkəzindən ora avtomobillə 2 saata çatmaq olar. Sual oluna bilər ki, niyə rahat istirahət etdiyin yerdə, əziyyət çəkib adanın o biri başına getməlisən?   

Həmin yerə təbiətin möcüzəsini görmək üçün getmək lazımdır. Təsəvvür edin ki, Aralıq dənizində üzürsünüz, sudan çıxıb cəmi 100 metr quru ilə gedirsiz və başqa bir dənizə, Egey dənizinə daxil olub, orada da çimirsiz. Belə bir kefi yaşamaq üçün 2 saatlıq yolu qət etmək olar. Nəinki olar, deyərdim ki, mütləqdir.   


Fotoda solda Aralıq dənizi, sağda isə Egey dənizidir. Dənizlər arasında çox kiçik bir məsafə olmasına baxmayaraq, onlar bir-birindən fərqlənirlər. Aralıq dənizi sakit, suyu isti, Egey dənizi isə dalğalı və soyuqdur. Sahil xətti də fərqlidir. Birincisinin sahilində istirahət üçün infrastruktur var, qarşı tərəfdə isə heç nə yoxdur. Aralıq dənizinə üzmək istəyənlər gedir, Egeydə isə əsasən sörfinq edənlərdir. Təbii ki, Egey dənizində də üzmək heç kimə qadağan deyil.

Burada həmçinin çimərlikdə istirahətdən sonra yerli və Avropanın digər kulinar nümunələrinin təqdim edildiyi iki restoran var. Aralıq dənizi mətbəxi, xüsusən də yunan mətbəxi heç kəsi biganə qoymaz. Dəniz məhsullarından hazırlanmış yeməklərin dadına baxmaq mütləq lazımdır.

Qiymətlərə gəldiksə isə, ilk olaraq onu qeyd etmək lazımdır ki, nəinki Rodosda, Yunanıstanın digər adalarında da xidmət sahəsində fəaliyyət göstərən yerli əhali ilə dostlaşmaq və təklif olunan müxtəlif xidmətlər üzrə endirimlər əldə etmək asandır. Əgər istirahət zamanı siz müntəzəm olaraq onların xidmətlərindən istifadə edirsinizsə, sizin üçün endirimlər də əhəmiyyətli dərəcədə olacaq və istəklərinizi yerinə yetirmək üçün əllərindən gələni edəcəklər.    

“İki dənizin öpüşü” adlanan yerə çatdırılma qrup halında hər bir şəxsə görə 35-40 avro olur, VİP adlandırılan individual turlarda isə qiymətlər hiss ediləcək dərəcədə artıq olur. Ora getmək istədiyimiz gün qrup formalaşmadı. Gün ərzində bir neçə dəfə turoperatora baş çəksək də, o, təəssüflə bildirdi ki, həmin gün getmək istəyən yoxdur. Bu yerdə yenə də yerli əhalinin sizin istəklərinizi yerinə yetirmək üçün əllərindən gələn hər şeyi etdiklərini yada salmaq lazımdır. Rodosda olduğumuz zaman həmin turopertordan bir neçə xidmət sifariş verdiyimizdən, o da bizə minnətdarlıq əlaməti olaraq VİP səfəri qrup qiymətinə təşkil etdi.  

Əgər siz yolda sürücü ilə xoş münasibətlər qura bilsəniz, o, həmin yerdən başqa sizin üçün bonus olaraq Rodosun ən hündür nöqtəsinə də apara bilər. Bu nöqtədən bütün adaya gözəl mənzərə açılır. Mən deyəsən sürücü ilə yaxşı münasibət qura bildim. 




 
Rodosu istirahət üçün seçsəniz peşman olmazsınız. Əgər adaya getdinizsə, mütləq “İki dənizin öpüşü” adlı yerə baş çəkin və təbiətin möcüzəsindən ləzzət alın.  

Комментариев нет:

Отправить комментарий