понедельник, 4 ноября 2019 г.

Gərəkli məsləhətlər: Səyahət sığortasına nə daxildir?


Bir çoxumuz səyahət sığortasına viza almaq üçün tələb olunan sənədlər toplusunda lazımsız, artıq bir prosedur kimi baxırıq. Amma bu sığorta növünün strukturuna diqqətlə baxsaq, bunun başqa vacib cəhətlərini də görərik.





Bloqa abunə qaydaları


Bloqda dərc edilən yazıları birbaşa elektron poçtunuza almaq istəyirsinizsə, sağ yuxarı küncdə “Follow by Email” yerində elektron poçtunuzu daxil edin. Sonra təsdiq üçün məktub alacaqsınız. Bu məktubda linkə basmalısınız. Nəzərə alın ki, bəzi hallarda təsdiq üçün məktub poçtun spam bölməsinə düşür. Təsdiq üçün məktubu almamısınızsa, spamı yoxlayın. 


Səyahət sığortasını sizin vizanız varsa belə, hətta viza tələb olunmayan ölkəyə getdiyiniz  halda da əldə etmək lazımdır.

Səyahət sığortası dedikdə, ilk olaraq ağıla tibbi sığorta gəlir. Biz elə düşünürük ki, bu sığortanı səfər zamanı yalnız xəstələndikdə, hər-hansı bir zədə aldıqda istifadə etmək olar. Amma səyahət sığortası təkcə bununla məhdudlaşmır. Bu, həmçinin baqajın və ya sənədlərin itməsinə, səfərin təxirə salınmasına, fərdi qəzalara, reysin gecikməsinə də aiddir. 

Nəzərə almaq lazımdır ki, səyahət sığortası üçün 3 paket var – ekonom, standart və premium. Ekonom və standart paketlər biri-birilərindən qiymətlərinə görə fərqlənirlər. Premium paketə isə yuxarıda göstərilən sığortanın bütün halları daxildir.

Əgər ətraflı danışsaq, ekonom və standart paketə tibbi sığorta, baqajın itməsi, səfərin ləğv edilməsi daxildir. Qeyd etmək lazımdır ki, səfərin təxirə salınması yalnız təcili əməliyyat keçirəndə, bədbəxt hadisə baş verdikdə sığorta hadisəsi kimi hesab olunur. 

Premium paketə bunlardan başqa fərdi qəza, reysin gecikməsi, sənədlərin itməsi də daxildir. Reysin gecikməsinin hansı hallarda sığorta hadisəsi sayılması üzərində ətraflı dayanaq. 

İlk olaraq onu qeyd etmək lazımdır ki, yaşadığınız şəhərdən uçuş zamanı reysin gecikməsi sığorta hadisəsi sayılmır. Sığorta hadisəsinə istifadə etdiyiniz tranzit reyslər və geri uçuşlar daxildir. Detallı olaraq nümunə üçün deyək: tutaq ki, siz Bakıdan uçursunuz Moskvaya və oradan tranzitlə uçmalısınız Avropanın hər-hansı bir şəhərinə. Belə olan halda Bakıdan uçmalı olduğunuz reys gecikirsə, bu sığorta hadisəsi sayılmır. Amma Moskvaya gəlmisinizsə və tranzitlə uçmalı olduğunuz reys gecikirsə, bu artıq sığorta hadisəsidir. Geriyə olan bütün uçuşlarda da gecikmələr sığorta hadisəsi sayılır. Amma yadda saxlamaq lazımdır ki, sığorta hadisəsi yalnız reysin 24 saatdan artıq gecikdiyi halda sayılır. Belə olduqda, siz sığorta polisində göstərilən nömrə ilə əlaqə saxlamalısınız. Sığorta şirkəti qısa müddətdə müstəqil olaraq sizin sözlərinizin həqiqiliyini yoxlamalı və bundan sonra sizi otellə təmin etməlidir. Yadda saxlayın ki, belə olan halda siz otelə heç bir pul ödəmirsiniz. Digər sözlərlə, burada müştərinin pul ödəyib, sonradan sığorta şirkətindən kompensasiya alması sistemi işləmir. Sığorta şirkəti sizin otel xərcinizi birbaşa olaraq otelə ödəməlidir və siz rahatca ora daxil olmalısınız. 

Yuxarıda yazdıqlarımızı ümumiləşdirsək, deməliyik ki, səyahət sığortası səfirlikdən daha çox sizin özünüz üçün vacibdir. Sığorta polisini alarkən, mütləq paketə daxil olan bütün hallar barədə öyrənin və hansı paketin sizə sərfəli olduğunu dəqiqləşdirin. Sizə uğurlu və qəzasız səfərlər arzulayıram!     

Комментариев нет:

Отправить комментарий